Dünyanın ən yaxşı Disneyland parkları

  • 9012

Dünyada nağılların gerçəkləşdiyi, böyüklərin asanlıqla uşaqlıq illərinə qayıtdığı, ətrafdakı hər şeyin başqa bir planetdə hiss etdirəcək qədər sehrli olduğu yerlər var. Disneyland’də möcüzəyə inanmaq asandır, axı burada Disney kinostudiyası üslubunda uşaqların fantaziyaları gerçək olur. Beş Disneyland - məşhur cizgi filmlərinin personajlarının hökm sürdüyü dünyanın ən məşhur beş əyləncə parkı. Orada valideynlər və uşaqları fantastik atəşfəşanlıqdan, ən yaxşı su attraksiyolarından zövq alıb, sehrin əsl mahiyyətini öyrənirlər.

Anaheim, California, ABŞ

Walt Disney markası altında ən qədim əyləncə parkı 1955-ci ildə açılmışdır. Disneyland, Uolt Disneyin böyük bir tema parkı xəyalının gerçək təcəssümü oldu. Ani müvəffəqiyyət qazandı, dünyada ilk uşaqlarla ailə tətilinə yönəlmiş əyləncə parkı oldu. Yarım əsrdən çox tarixdə parkda baş verən bir çox dəyişiklik və yenidənqurma işlərinə baxmayaraq, Anaheimdəki Disneyland yenə də qonaqpərvərliklə milyonlarla böyüklər və uşaqlara qapılarını açır. Ən qədim Disneyland bəziləri digər Disneylanlar üçün klasikləşmiş səkkiz tematik zonadan ibarətdir.


Florida

Bu gün dünyada ən böyük və ən çox ziyarət edilən Disneyland, ABŞ-ın Florida ştatında, Orlando şəhərindən bir neçə on kilometrlik məsafədə yerləşən bu park sayılır. Florida ştatındakı Disneyland 1971-ci ildə açılmışdır. Ölümündən beş il sonra təcəssüm etmiş olsa da, Walt Disney'in ən böyük miqyaslı proyekti hesab edilir.

Bu nağıl kimi şəhərin "Sehirli Krallıq" adlanan əsas hissəsi dünyanın ən çox ziyarət edilən parkıdır. "Sehirli Krallıq", mərkəzində məşhur Zoluşka qalası olan bir üzük içərisindədir.

11,300 hektar ərazisi olan Florida əyləncə parkının ərazisində, öz polisi, nəqliyyatı, otelləri və kafeləri ilə fəaliyyət göstərən bir dövlət vardır. Nağıl, cizgi filmi qəhrəmanları burada möhtəşəm paradlarda iştirak edir, dəmir yollarında isə içi turistlərlə dolu rəngli vaqonlar kilometrlərlə yol qət edir.

Disneyland Florida-da, eyni zamanda Epcot tema parkı, Disneyin Hollywood Film Studiyası, Heyvanlar Krallığı, iki müasir su parkı və LaNouba Sirkini tapa bilərsiniz. "Sehirli Krallığın" yeddi tematik bölgəsində qırx yeddi maraqlı attraksion mövcuddur. Floridadakı ən böyük Disneylendə gedərək inanılmaz sehr və möcüzələri ilə tətilin əsl mahiyyətini başa düşə bilərsiniz.


Paris, Fransa

Avropalılar və ruslar üçün bəlkə də Fransanın paytaxtından 32 kilometr şərqdə yerləşən Disneyland Paris daha çox maraq doğurur. Disneyland Parisə səyahət daha ucuz başa gələcək və daha az vaxt aparacaq. 1992-ci ildə şəhərdən kənar açılan Walt Disney əyləncə parklarının kompleksinin sahəsi 1943 hektardır. Burada Disneyland Park və Walt Disney Studios Park adlanan iki tematik parkdan əlavə, çox sayda restoran, butik, diskoteka və klubları olan Disney Village əyləncə parkı da var. Disneyland Paris hətta stansiya və dar ölçülü qatarlara, öz uşaq futbol məktəbinə sahibdir.


Urayasu, Chiba, Yaponiya

Tokyo Disneyland əslində Walt Disney şirkətinin Amerikadan kənarda açılmış ilk parkı idi - 1983-cü ildə açıldı. Amerikadakilərə bənzər bir Disneyland’dən başqa burada Tokyo Disney Sea adlanan ayrı bir tematik park da var. Disney Sea Park, təxmin etdiyiniz kimi tamamilə Sinbad dənizçi və kapitan Nemonun sərgüzəştləri əsasında dəniz mövzusuna həsr olunmuşdur. Bu parkda quldurlar və su pəriləri ilə görüşə bilərsiniz, zövqünüzə görə su slaydına minib və suda dalışla məşhurlaşırsınız.


Hong kong

Hazırda ən gənc Disneyland Hong Kongdakı bu parkdır. Tokio və ya Amerika əyləncə kompleksləri ilə müqayisədə daha miniatür görünür. Bununla birlikdə, geniş populyarlıq qazanır və ildə beş milyona yaxın turist cəlb edir. Hong Kongdakı Disneyland, 2005-ci ildə Lantau adasında gözəl bir təbii göl ətrafında açıldı. Bu park Amerikadaki Disneylendin əsasında yaradılmasına baxmayaraq,  özünəməxsus çalara sahibdir. Məsələn, möcüzələr ölkəsindən məşhur Alisa burada Çin dilində mahnı oxuyur, yerli restoranlarda və kafelərdə yalnız Çin yeməkləri təqdim olunur. Ancaq bu, olduqca məntiqlidir, çünki buraya ailəvi gələn çinlilər çıxışları İngilis dilindən daha çox doğma dillərində dinləməyi üstün tuturlar.

Park özü Feng Shui'nin bütün qanunlarına və ənənələrinə uyğun olaraq qurulmuşdur. Bir neçə klassik tematik zonaya bölünür: Əsas Küçə, Fantaziya Ölkəsi, Macəra Ölkəsi və Gələcək Ölkə. Üstəlik, Hong Kong Disneyland'da Asiya üçün xüsusi olaraq yaradılan Toyland adlı bir bölgə var. Hong Kong Disneylandın populyarlığı bu gün  rekord qırır və bəzi günlər uzun sıra ücbatından buraya giriş biletini almaq çətin olur .