Harbin şəhərində dünyanın ən böyük buz heykəltəraşlıq festivalına start verildi!

  • 5542

Harbin şəhərində (Çinin şimal-şərqində) dünyanın ən böyük buz və qar heykəlləri festivalı başladı. Hər il keçirilən və təxminən 10-15 milyon insan tərəfindən ziyarət edilən festival bu dəfə fevralın 28-dək davam edəcəkdir. Festival, təxminən 600'000 kvadrat metr sahəni əhatə edir. Ən yüksək buz heykəllərinin hündürlüyü 46 metrə çatır. Buz və qarın emalında və təhvil verilməsində 10 mindən çox işçi iştirak edir.

Harbin Festivalının, miqyasına, heykəllərinin ölçüsünə və işıqlandırılmasına görə Sapporo, Norveç və Kvebekdə baş tutan bənzər tədbirlərdən üstün hesab edilməsi diqqət çəkir.

Əvvəlcə festivalda yalnız çinlilər iştirak edirdisə, son on ildə bu tədbir beynəlxalq səviyyəyə yüksəldi və rəqabət xarakteri qazandı. Hər il heykəllərin ölçüsü getdikcə artır, hər bir iştirakçı öz işlərini rəqiblərindən daha böyük və daha gözəl etməyə çalışır. Kompüter tərəfindən idarə olunan LEDlər kimi mürəkkəb texnologiyalardan istifadə olunur.

 Festival üç böyük sahəyə bölünür:

1. Günəş adası - gündüz xalqa açıq olan qar heykəllərini təqdim edir.


2. Buz və qar dünyası geniş miqyaslı buz heykəlləri ilə təmsil olunur, məsələn, saray binaları, Böyük Çin Divarı və s. Parlaq işıqlandırma yanarkən gecə ziyarət etmək daha yaxşıdır.


3. Zhaolin Parkında daxili işıqlandırma ilə buz işıqları, sehrli fiqurlar və heyvanlar kimi 1000-dən çox buz heykəl sərgilənir. Festivalın bu bölməsi əsasən uşaqlara yönəldilmişdir. Buzda sürüşmə və buz konkisi kimi əyləncəli tədbirlər onlar üçün nəzərdə tutulmuşdur.