Şimali Koreya haqqında 10 təəcübləndirici fakt

  • 6400

Şimali Koreya ilə bağlı dünya ictimaiyyətinə çox şey məlum deyil. Əlbəttə, qapalı rejimin hökm sürdüyünü, insanların qorxu altında yaşadığını bilirik.

Şimali Koreya haqqında daha 10 maraqlı faktı nəzərinizə çatdıracağıq. Əminik ki, çoxu barədə əvvəllər eşitməmisiniz.

İslah sistemi – Bununla bağlı Qərb mətbuatı bir neçə dəfə yazıb. Qonşu Cənubi Koreyada hesab edirlər ki, ölkədə azı 200 min nəfər islah düşərgələrində çürüdülür. Nadir fotolarda həbs olunan insanların necə dəstələrlə hərəkət etdiyi görünür. Bu adamların arasında hətta siyasətçilərə də rast gəlmək mümkündür. Əsasən ölkə siyasətinin əleyhinə çıxanlar, Şimali Koreyadan qaçmağa cəhd göstərənlər bura yerləşdirilir.

Saç düzümü – Vahid saç düzümü barədə ilk dəfə eşidəndə adama elə gəlirdi ki, zarafatdır. Amma bunu da qanunverici akta çeviriblər. Adətən, yaşlılara güzəşt edirlər, onlar saçını bir az uzada bilir. Gənclər çərçivədən kənara çıxmağa cəsarət etmir. Qadınlara 18, kişilərə 10 saç düzümü formasından birini seçmək imkanı verilir.


Ölkədən qaçmaq – Yuxarıda bu haqda yazmışıq. Ölkədə ən böyük cinayət sayılır. Belə dəyərləndirirlər ki, əsl vətənpərvər vətəni ağır gündə qoyub qaçmaz. Qaçanlara görə sonradan yaxınları cavab verə bilər.

Qadınlara qadağa – Onlara velosiped sürməyə icazə vermirlər. Vəziyyət 1996-cı ildə dəyişib. Həmin ildən qərara aldılar ki, qadının dizləri görünməməlidir. Əsasən piyada gəzirlər. Qadınları şalvar geyinməyə də qoymurlar.

Yaxınına görə cavabdehlik – Ölkədə irsi cəza mexanizmi var. Yəni ata oğula, oğul ataya cavabdehdir. Oğul hətta babasına görə cavab verə bilər. Şimalikoreyalının babasına görə illərlə islah düşərgələrində qalması mümkündür. Ona görə belə sistem qurulub ki, hər kəs addımının sonrasını düşünsün.

Hər kəs üçün olmayan şəhər – Paytaxt Pxenyandan söhbət gedir. Əyalətlərdən gələn hər kəsi əsas şəhərə buraxmırlar. Hətta əlisilahlılar buna nəzarət edir. Əsasən partiya və məmur elitası paytaxtda yaşayır. Kasıblar əyalətdədir. Onların kiminsə yaxşı yaşamasından heç xəbəri olmur.


Milli qürur predmeti – Başqa ölkələrdə infrastrukturun yaxşı olması, elmin, texnologiyanın inkişafı ilə öyünə bilərlər. Şimali Koreyada vəziyyət bir az başqa cürdür. Burada xüsusu kosmik proqramın bir hissəsi sayılan “Inxa-3” raketi ilə qürur duyurlar. Mənası “süd yolu” deməkdir.

Bir-iki saatlıq iş – Elektrik enerjisinə maksimum qənaət edilir. Gün ərzində evlərə bir-iki saat işıq verilir. Bölgələrdə heç vaxt işıq üzü görməyən yerlər var.

Gübrə qıtlığı – SSRİ-nin dağılmasından sonra bu istiqamətdə ciddi çatışmazlıq hiss olunur. Şimali Koreyada çıxış yolunu kanalizasiyanı boşuna axıtmamaqda görürlər. 

Kədərin dozası – Keçmiş ölkə lideri Kim Çen İrin ölümündən sonra kütləvi məhkəmə prosesləri başlamışdı. Onun vəfatına görə yetərincə kədərlənməyənləri, ağlamayanları cəzalandırırdılar. Gözünüzdən yaş gəlməyibsə, bir neçə ayınız həbsxanada keçməlidir.