Dubayda yeni açılan lyuks otellər

  • 6216

Nəfəs kəsən Address Sky View

Əfsanəvi Burj Khalifa göydələnində işləyən eyni memarlar tərəfindən hazırlanan,  yeni Address Sky View oteli, Dubayın mərkəzindəki iki qülləli bir kompleksdir. Oteldə unikal Sky Bridge (Səma Körpüsü) ilə yaşayış kompleksinə bağlı olan 166 otaq var. 52 və 53-cü mərtəbələrdə, Dubayın ən yaxşı mənzərələrini təqdim edən panoramik hovuzu və restoranları olan müşahidə platforması mövcuddur. Baxış platformasının diqqət çəkən məqamı 52 və 53 mərtəbələri birləşdirən şəffaf bir boru hesab edilir. Qonaqlar yerdən 215-dən çox metr  yüksəklikdə şüşə liftlə qalxa və 25 metr uzunluğunda bir şüşə döşəmə boyunca gəzə bilərlər.


Zaha Hadid Hotel ME Dubai

ME Dubay əfsanəvi Zaha Hadid tərəfindən tam dizayn edilmiş dünyada yeganə otel olması ilə məşhurdur. Burada 74 standart otaq, 19 qonaq otağı və 94 xidməti mənzillər olacaq. Otelin üç öz restoranı olacaq və eyni zamanda The Opus kompleksinin 15 restoranına giriş imkanı təmin ediləcəkdir.



Yaxın Şərqdəki ilk  LEGOLAND Otel

Dubay Parks and Resorts tematik parklar kompleksində bölgədəki ilk, dünyadaki isə yeddinci LEGOLAND otelini açacaq. 250 otaqdan əlavə, qonaqlar hər otaqda qala şəklində bir oyun meydançası, diskolift və Lego modellərini tapacaqlar. Əsas girişdə qonaqları qülləsinin qarşısında Lego bloklarından hazırlanmış əjdaha Ollie qarşılayacaq.



Yeni yaşayış  və otel otaqları kompleksi Palm Tower

Palm Jumeirah adasında yerləşən bu heyrətamiz 52 mərtəbəli yaşayış və otel otaqları kompleksi, 432 lüks yaşayış və beş ulduzlu otelin 290 otağını, panoramik dam örtüyü hovuzu, restoranları və müşahidə göyərtəsi də daxil olmaqla istirahət üçün bir çox fəaliyyətə sahibdir. İlk 18 mərtəbədə dəbdəbəli St. Regis Dubai - adanın, Ərəbistan körfəzinin və şəhər səmasının heyrətamiz mənzərələrini təqdim edən The Palm.