“MONTENEQRONUN MIAMISİ” – BUDVA!

  • 5757

Monteneqronun Mayamisi və ya Miniatür Dubrovnik. Budvanın ləqəblərindəndir. Birinci ləqəbini  bu kiçik şəhər əyləncə mərkəzlərinin çoxluğuna, qaynayan gecə həyatına, luks otellerinə, klublarına, kazinolarına, ikincisini isə   bu günə qədər çox yaxşı qorunmuş tarixi abidələrinin, təbii gözəlliklərinin hər addımda Dubrovniki xatırlatmasına görə qazanıb. Budva keçmiş Yuqoslaviyanın, indi isə Balkanların ən məşhur turzim və əyləncə mərkəzi hesab olunur. 2500 illik tarixi olan Budva əsrlər boyu yunan, bizans, venesiya və az müddətdə də türklərin hakimiyyəti altında olmuşdur. Şəhərin arxitekturasında bu dövlətlərə məxsus izlərə hər addım başı rast gəlinir.

Budvaya səyahətin ən gözəl vaxtı, əlbəttə ki, yay aylarıdır. Yayda şəhər, həqiqətən də, bir başqa olur. Bu başqalığın səbəbi Budvada keçirilən festivallardır: mayda Budva karnavalı, İyunda Budva musiqi festivalı, İyul və avqustda Budva Teatr festivalları.

Stari Qrad- Qədim Şəhər

Budvanın urəyi – Qədim şəhər hesab olunur (yerli dildə Stari Grad). Orta əsrlərdən qalan memarlıq abidələri, dar küçələri, kilsələri, muzeyləri, limanı ilə bu balaca şəhər bu qədər dəyəri özündə cəmləşdirib. Stari Grad-da irili-xırdalı bir çox kilsə yerləşir: Church of John the Baptist, Church of St Mary of Punta, Church of St Sobe the Sonctified, Church of Holy Trinity görülməli kiçik kilsələrdir. Həmçinin Budva muzeyi və Budva Arxeoloji muzeyi də diqqətinizi çəksə baş çəkin. Həmçinin Dancing Girl Statue, Mogren Fortress Ruins, Open Art Studio, The Citadel də vaxtınız olsa Budvada görüləsi yerlər sırasındadır.


Budva Marina

Budva Limanında nəhəng cruise gəmiləri, bir-birilə yarışan lüks yaxtalarla yanaşı kiçik balıqçı qayıqları da yer alır. Budva limanında sahil boyu sıralanmış restoranların təmsilçiləri  həvəslə menyu ilə sizi tanış edir. Əgər romantik səyahətçi isəniz yaxtalarda gözəl bir şam yeməyi də təşkil edilir. Bunun üçün yaxtanı kirayə götürməlisiniz. 


Sveti Stefan – Müqəddəs Stefan Adası

Ada Budvanın cənubunda,  8 km uzaqlıqda  yerləşir. Keçmişdə balıqçı qəsəbəsi olmuş, sadəcə 1960-cı ildən isə Old Town-a çevrilmişdir. Adaya quru yolu olduğundan avtobusla getmək olur. Ada  xalqa açıq deyil. Əgər otelin müştərisi deyilsinizsə, adaya girə bilməzsiniz. Adada lüks  otel fəaliyyət göstərir və dünyanın bir çox məşhurları bu oteldə qonaqlamışlar. Sophia Loren, Merilyn Monro, Liz Teylor və s. Sadəcə yemək yemək istəyənlər əvvəlcədən otelin restoranlarında reserv etməlidirlər. 


Skadarsko Jezero– Skadar gölü

Montenegronun gizli xəzinəsi deyirlər Skadar gölünə. Həqiqətən də, bir xəzinə qədər zəngin göldür. Təkrarsız təbiəti  hər cür açıq hava  idman növlərini, macəranı sevənlər üçün əsl cənnətdir. 1/3 hissəsi Albaniya və 2/3 hissəsi isə Montenegro ərazisinə düşən göl Boyana çayı vasitəsilə Adriatik dənizi, Drina çayı vasitəsilə isə Ohrid göl ilə bağlanır.

Monteneqro istirahətiniz möhtəşəm olacaq! Maraqlı Budva turumuzdan zövq alın: http://airways.az/az/tours/111

Endirimli tur paketlərimizdən yararlanmaq və səyahətinizdən maksimal zövq almaq üçün bizimlə əlaqə saxlayın: