PULSUZ EKSKURSİYA TƏKLİF EDƏN AEROPORTLAR

  • 4944

Hava limanında gözləmək adətən sıxıcı olur. Ancaq bəzi böyük hava limanlarında səyahətçilər gözləməkdən çox məmnundurlar - axı onlar üçün şəhərə xüsusi pulsuz turlar təşkil olunur. Bu yazıda uzun bir gözləmə müddətini harada və necə daha maraqlı edə biləcəyiniz barədə danışacağıq.

Changi Airport, Sinqapur

Sinqapur Çangi hava limanında ən azı 6 saat dayanması olan sərnişin ödəniş tələb etməyən bir şəhər gəzintisinə çıxa bilər. Turistlər üçün iki ekskursiya var - Heritage Tour, eləcə də City Lights Tour. Sonuncular gündə 7 və 2 dəfə müvafiq olaraq həyata keçirilir. Tur zamanı vətəndaşlar Chinatown, kiçik Hindistanı, görkəmli Gardens by the Bay bağlarını və daha çox yerləri ziyarət edə bilərlər.



Hamad Hava Limanı, Qatar

Qətərdə yerləşən Doha hava limanında turistlərə İslam İncəsənət Muzeyinə tamamilə pulsuz bələdçi turu təklif edir. Qətərin kompakt kəndini və Souq Waqif bazarını da ziyarət edə bilərlər.


İstanbul Hava Limanı, Türkiyə

İstanbul Hava Limanı, Türk Hava Yolları sərnişinlərinə dayanma zamanı ekskursiya təklif edir. Tədbirin əsas şərti sərnişinlərin uçuş salonunda turun başlanmasına bir saat yarım qalmış bu şirkətin təyyarəsinə olan biletini təqdim etməsidir. Bir vətəndaş uçuşunu gözləyərkən ödənişsiz olaraq Göy Məscidi, Topkapi Sarayını, Ayasofya, Böyük Çarşı və digər yaddaqalan yerləri ziyarət etmək imkanına sahibdir.

Salt Lake City, Amerika Birləşmiş Ştatları

Utah ştatında yeləşən Salt Lake City hava limanı Temple Meydanını və Salt Lake Məbədini pulsuz ziyarət etmə imkanı təqdim edir. Bu tədbirə qoşulmaq üçün sərnişinin pasportu, vizası və uçuşdan əvvəl 2 saat boş vaxtı olmalıdır. Hər saat başı hava limanından məbədə xüsusi transfer yola çıxır.


Incheon hava limanı, Seul

Seulda, geniş Incheon hava limanında, turistlər üçün 1-5 saat müddətli onlayn da qeydiyyatdan keçə biləcəyiniz 7 fərqli ekskursiya mövcuddur. Sərnişinlər Hadon Yongoon Məbədinə, məşhur Shinpo bazarına, İnçon Körpüsünə, Namsangol Hanok kəndinə və s. baş çəkə bilərlər. Muzeylərə giriş zamanı isə 2-10 dollar odəniş tələb edilir. Ekskursiyada iştirak etmək istəməyənlər üçün hava limanının özündə 7 fərqli bağdan keçmə və Koreya Mədəniyyət Muzeyini ziyarət etmə imkanı mövcuddur.