AEROFLOT 28 YANVAR TARİXİNDƏN ETİBARƏN HELSİNKİ ŞƏHƏRİNƏ MÜNTƏZƏM UÇUŞLARINI BƏRPA EDƏCƏK

  • 3917

Aeroflot Hava Yolları, 28 yanvar tarixindən etibarən Helsinki'yə müntəzəm uçuşlarını bərpa edəcək. Moskva - Helsinki - Moskva marşrutu üzrə uçuşların həftədə iki dəfə, cümə axşamı və şənbə günləri həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət qeyd edib ki, səyahətdən əvvəl viza qaydalarını və qəbul edən ölkədəki mövcud məhdudiyyətləri nəzərə almaq vacibdir.

Finlandiya ilə yanaşı, Rusiya 27 yanvarda Vyetnam, Hindistan və Qətər ilə uçuşlarını bərpa edəcək.


Qərar əvvəllər müəyyən edilmiş meyarlar əsasında verilmişdir: ölkədə 14 gün ərzində yeni COVID-19 xəstələrinin sayı 100 min əhaliyə 40-ı keçməməli, eyni dövrdə xəstələnmədə gündəlik artım bir faizdən çox olmamalıdır. 

Rusiya, koronavirus pandemiyası fonunda, 27 martdan bəri beynəlxalq sərnişin uçuşlarını dayandırmışdı. İstisna yalnız ixrac, poçt, sanitariya və digər bəzi uçuşlarda edilirdi. Avqust ayından etibarən uçuşlar tədricən bərpa olunmağa başladı. Artıq Türkiyə, Tanzaniya, İsveçrə, Misir, BƏƏ, Belarusiya, Qırğızıstan, Qazaxıstan, Serbiya, Cənubi Koreya, Yaponiya, Kuba, Efiopiya, Seyşel adaları və bəzi digər ölkələrə uçmağa icazə verilir.