İordaniya turistlər üçün açıq olacaq!

  • 3988
Xarici vətəndaşların karantin qaydalarına riayət etmək şərti ilə İordaniyaya giriş etməsinə icazə verilir.

Bütün əcnəbilər İordaniyaya giriş etməzdən əvvəl 72 saatı keçməmək şərti ilə PCR test etdirməlidir. Belə bir test eyni zamanda hava limanında da turistlərdən götürüləcəkdir. PCR testin qiyməti 40 İordaniya dinarıdır (təxminən 60 ABŞ dolları). 5 yaşdan kiçik uşaqlar üçün test tələb olunmur.

Mənfi bir test nəticəsi olduğu təqdirdə, karantin və ya özünü təcrid etmək tələb olunmur.

Yuxarıda göstərilən tələbləri yerinə yetirmədən İordaniyaya giriş etməyə çalışan əcnəbilərin 10.000 İordaniya dinarı (14.000 ABŞ dolları) məbləğində cərimə ödəməsi zəruridir. 

Bütün əcnəbilərin COVID-19 müalicəsi xərclərini ödəyən bir tibbi sığorta polisi olmalıdır. Bundan əlavə, İordaniyaya səyahət etməzdən əvvəl xarici vətəndaş xüsusi bir elektron forma doldurmalı və telefonuna “Aman” mobil programını yükləməlidir.