Dubay Milad və Yeni il tətilləri üçün 5 milyon turist qəbul edəcək

  • 6633

BƏƏ-də Yeni il həftəsi "isti" keçəcək. Proqnoza görə, yalnız Dubay Milad və Yeni il bayramlarının pik dövründə beş milyona yaxın turist qəbul edəcək. Yeni il tətili ilə yanaşı, əmirlikdə başqa təkliflər də var.


Belə ki, 2020-ci il əmirlikdə Expo 2020-yə hazırlıqların "bayrağı altında" keçiriləcəkdir. Sərgi özü oktyabrda başlasa da, bir çox digər tədbirlər də eyni vaxta təsadüf edir. Məsələn, Dubay alış-veriş festivalı. Xatırladırıq ki, bu ənənəvi Dubay alış-veriş festivalının ildönümü olacaq: Dubai Shopping Festival bu il 25 illik yubileyini qeyd edir. Yeri gəlmişkən, festival Expo 2020-nin ölkədə keçirilməsi ilə üst-üstə düşür, buna görə daha xüsusi keçəcəyi bilinir. Tətil 26 dekabr 2019-cu ildə başlayır və 1 fevral 2020-də başa çatır.