Paytaxt olduğu düşünülən şəhərlər

  • 6655

Dünyada ölkələrinin ən böyük, ən varlı, ən yaxşısı olmağı bacaran, yalnız bir şeyə - paytaxt olmağa müvəffəq olmayan şəhərlər var. Bu şəhərlər ən yaxşı olduqları üçün o qədər məşhurdurlar ki, insanlar onların paytaxt olduğunu hesab edirlər. Siz də bu yanılqıya düşmüsünüz? Biliklərinizi sınayın:

Rio de Janeiro Braziliyanın paytaxtıdır?

Dünyanın ən böyük karnavalına ev sahibliyi edirsinizsə, paytaxtdan daha kiçik bir şey ola bilməzsiniz. Braziliyanın əsas turistik məkanları da Rioda yerləşdikdə qarışıqlığa düşmək asandır.

Ancaq Braziliyanın əsl paytaxtı Braziliadır. Bu şəhər  1960-cı ildə  Rio şəhərini əvəz edərək rəsmən paytaxt elan edildi. Hal hazırda ən çox əhaliyə sahib şəhər Rio və ya Brasilia deyil, San-Pauludur.


Sidney (və ya Melburn) Avstraliyanın paytaxtıdır?

Həm Sidney, həm də Melburn Avstraliyanın paytaxtı olmaq üçün mübarizə aparsalar da, nəticədə, 1908-ci ildə Kanberra paytaxt olmağa nail olmuşdur.


Toronto (və ya Monreal və ya Vankuver) Kanadanın paytaxtıdır?

Bəli, Toronto 19-cu əsrdə (1849-1852 və 1856-1858) iki qısa müddət ərzində Kanada birləşmiş əyalətinin paytaxtı idi. Bəli, Monreal Kanadanın əyalət paytaxtı idi (1844-1849). Vankuver isə heç vaxt Kanadanın paytaxtı olmamışdır.

Kanadanın əsl paytaxtı ən böyük Toronto şəhərindən üç qat az əhalisi olan Ottavadır.


Sürix (və ya Cenevrə) İsveçrənin paytaxtıdır?

İsveçrənin bir çox şəhəri haqqında eşitmisiniz, amma yəqin ki, heç birinin İsveçrənin paytaxtı olmadığını bilmirsiniz.

İsveçrə, nə prezident, nə də baş nazir olmayan mərkəzləşdirilmiş federal bir ölkədir. Beləliklə, Bern, İsveçrənin federal şəhər adlanan de-fakto paytaxtdır.


Marrakeç (və ya Fəs ya Kasablanka) Mərakeşin paytaxtıdır?

Əslində, həm Marrakeç, həm də Fəs Mərakeşin paytaxtı olmağı bir-birilərini əvəz edərək bir neçə dəfə başarmışlar . Mərakeşin həqiqi paytaxti isə… Rabat şəhəridir. Bura,1912-ci ildə gəlmiş və Marrakeç'i olduqca üsyankar bir şəhər hesab edən fransızlar tərəfindən paytaxt seçildi. 1956-cı ildə Mərakeş müstəqillik qazandıqda Kral Məhəmməd Rabatı paytaxt rolunda  saxlamaq qərarına gəldi. Hazırda isə Kasablanka Mərakeşin ən böyük  şəhəridir.


Yohannesburq Cənubi Afrikanın paytaxtıdır?

Yohannesburq ən böyük şəhər olsa da, Cənubi Afrikadakı üç kapital mövqelərdən heç birini (icraçı, qanunverici, məhkəmə) tuta bilməmişdir.

Cənubi Afrikanın faktiki paytaxtları bunlardır:  Pretoriya (icraçı), Bloemfontein (məhkəmə) və Keyptaun (qanunverici).