Haqqımızda

www.airways.az - FT Travelin online rezervasiya və sifariş etmə saytıdır.
Xidmətlərimizin hər yerdə və hər an əl çatan olması üçün airways.az b2b və b2c sistemini təşkil etdik!
“FT Travel” 2012-ci ildən turizm fəaliyyəti ilə məşğuldur. Agentliyin yaradılmasında məqsəd, ölkəmizin turizm sahəsini inkişaf etdirmək və Azərbaycanın turizm potensialını yüksək səviyyədə həm yerli, həm də xarici turistlərə nümayiş etdirməklə onların hər növ istirahətlərini təşkil etməkdir.
Agentlik peşəkar və keyfiyyətli xidmətləri ilə qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən digər turizm agentlikləri arasında özünə məxsus yerini tutmuşdur.
Agentlik 2012-ci ildən Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 2013-cü ildən Beynəlxalq Hava Daşımaları Assosiasiyasının (IATA 61321326) üzvüdür və bir çox sertifikatlarla təltif olunub.
Şirkətimizdə turizm sahəsində ali təhsil almış və bu sahədə peşəkar, təcrübəli mütəxəssislər sizi yüksək və mədəni səviyyədə qarşılayacaq və lazımi turizm xidmətlərini böyük məmuniyyətlə göstərəcəklər. Həmçinin digər turizm şirkətlərindən fərqimiz ondadır ki, bizə müraciət edən hər bir şəxsə individual yanaşırıq.
“FT Travel” agentliyi korporativ əməkdaşlıqlarda, viza dəstəyi xidmətlərinin, dünyanın istənilən ölkəsindəki (qadağan olunmuş və təhlükəli zonalar istisna olmaqla) otellərdə yerlərin bronlaşdırılmasında, aviabiletlərin sifarişində, hər növ turların, müalicə, istirahət və Bal Ayı səyahətlərinin, tədbirlərin (konfranslar, seminarlar, prezentasiyalar), Azərbaycan ərazisində yaxud xarici ölkələrdə qrup və fərdi şəkildə VİP turların, dünyanın hər bir istiqamətinə nəğd və ya kreditli səyahətlərin təşkilində sifarişçilərə hər cür xidmətlər göstərməkdədir. Hətta bizimlə “online” əlaqə saxlamaqla şirkətimizin etibarlı, peşəkar və məsuliyyətli işçiləri tərəfindən sizi maraqlandıran suallara vaxt itirmədən yerindəcə cavab alacaqsınız.
“AirWays.az” rahat, keyfiyyətli və sərfəli səyahət etmək istəyən turistlər üçün daim inkişafdadır. Dünyanın hansı yerinə getmək istəsəniz hər səyahətinizdə bizim agentliyə etibar etməyi unutmayın. Yolunuzu səbrlə gözləyir və sizin üçün səylə çalışırıq.
Xoş səyahətlər arzusu ilə...