Küveyt reyslərində yeni aksiya!

Azərbaycan Hava Yollarının Küveyt reyslərində yeni aksiya.

İki böyük üçün bilet alarkən 12 yaşınadək uşaq üçün bilet bizdən hədiyyə olaraq təqdim olunur!

Aksiya 29 yanvar tarixinədək bir tərəfə və yaxud gediş-dönüş biletlərinin alınması zamanı keçərlidir. Aksiya 16 mart 2022-ci il tarixi daxil olmaqla yerinə yetiriləcək reyslərə şamil edilir.

Həmçinin, aksiya çərçivəsində Küveytə bilet əldə edən AZAL-Miles iştirakçıları aviaşirkətimizdən hədiyyə olaraq 50 bonus mil qazanacaqlar.

Bu aksiya çərçivəsində aviabiletləri AZAL-ın bütün akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Bakıdan Əl-Küveyt şəhərinə reyslər həftədə 2 dəfə - çərşənbə və şənbə günləri yerinə yetirilir.

Hədiyyə aviabiletinin vergi və rüsumları ödənilir.