Parisdə Yeni il turu 2020 - 790 eur

Sizi Yeni ili Parisdə qeyd etməyə dəvət edirik. 29/12/2019 - 05/01/2020 tarixləri arasında 7 gecə / 8 gün, 31/12/2019- /05/01/2020 arasında 5 gecə / 6 günlük qrup turları.

Parisdə Yeni İli böyük təmtarahla qeyd edirlər. Bu vaxt şəhər öz möhtəşəmliyi ilə valeh edir. Bayram əhval-ruhiyyəsini artıq Yeni İlə bir neçə həftə qalmış hiss etmək olar. Şəhərdə rəngarəng illüminasiyalar yanır, evləri bayram işıqları ilə bəzəyirlər, küknar ağacları bəzədilir.

Yeni İldə qar nadir hallarda yağır, əvəzində ağacları süni qarla bəzəyirlər. Parisin əsas simvolu sayılan Eyfel qülləsi xüsusilə sehrli görünür.  Alış-veriş küçələrini gəzin-axşam mağazaların məşhur cizgi filmlərinin personajlarının fiqurları ilə bəzədilməsi sizi valeh edəcək.

Bayram illuminasiyası Parisin 120 küçəsini işıqlandırır, Yelisey bağlarının müxtəlif işıqlarla bəzədilmiş görünüşü isə insanı heyran edir. Şəhərin böyük dükanları- Galeries Lafayette, Printemps və BHV həmçinin biri-birindən gözəl bəzəkləri ilə öyünə bilərlər.


31.12.2019-05.01.2020

  • Yeni il

#yeni,#il,#paris,#tur

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/hREcgljzKPA" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>