15 Günlük Böyük Avropa Turu - 1190 eur

1-ci gün.

Milan (Cümə axşamı) Aeroportda şirkət nümayəndəsi tərəfindən qarşılanma. Oteldə yerləşmə. Asudə vaxt. Oteldə gecələmə.

2-ci gün.

Milan (Cümə) Oteldə səhər yeməyi. Asudə vaxt. Oteldə gecələmə.

3-cü gün.

Milan (Şənbə) Oteldə səhər yeməyi. Asudə vaxt. Oteldə gecələmə.

4-cü gün

(Bazar) Oteldə səhər yeməyi. Rusdilli bələdçi ilə şəhərin tarixi mərkəzinə ümumi ekskursiya-Katedral məbədi, Sforsesko qəsri, məşhur La-Skala teatrı, II Viktor Emanuelin dünyaca məşhur ticarət qalereyası.Asudə vaxt. Fakültativ olaraq İzola Bella adasında yerləşən Borromeo sarayı ilə birgə İtaliyanın ən gözəl və məşhur göllərindən biri Madjoreyə ekskursiya. Oteldə gecələmə.

5-ci gün.

Strasburq (Bazar ertəsi) Oteldə səhər yeməyi. Strasburqa köçmə.Birləşmiş Avropa paytaxtı- inanılmaz gözlə və əla qorunub saxlanılmış qədim şəhər Strasburqun tarixi mərkəzi Reynə axan İl çayının əmələ gətirdiyi adada yerləşir. Oteldə yerləşmə. Asudə vaxt. Oteldə gecələmə.

6-cı gün.

Paris (Çərşənbə axşamı) Oteldə səhər yeməyi. Parisə köçmə. Şəhər üzrə avtobusla ekskursiya, siz burada Luvr,Bastiliya meydanı,Opera,Notre Dame Katedralı və Parisin digər abidələrini görə biləcəksiniz.Asudə vaxt. Fakültativ olaraq Notre Dame və Latın kvartalına ekskursiya.Oteldə yerləşmə. Fakültativ olaraq Paris Gecə yarısı ekskursiyası. Oteldə gecələmə.

7-ci gün.

Paris (Çərşənbə) Oteldə səhər yeməyi. Asudə vaxt, istəyə uyğun olaraq günün birinici yarısında Monmantr və Versal sarayına fakültativ ekskursiya. Günün ikinci yarısında isə dünyaca məşhur Luvr muzeyinə fakültativ ekskursiya. Bundan başqa fakültativ olaraq Mulen Ruj kabaresində və ya Lidoda gece şousu təklif edilir. Oteldə gecələmə.

8-ci gün.

Brüssel (Cümə axşamı) Oteldə səhər yeməyi. Brüsselə köçmə.Brüssel-Flandriyanın fransızdilli əhalisinin yerləşdiyi və işğalçılara etirazın tarixi simvolu olan adadır. Şəhər ürək şəklindədir. 1979-cu ilədək Brüssel minillik tarix keçmişdir. Ümumi ekskursiya zamanı siz Avropanın ən gözəl meydanlarından olan Qran Plyas, Brüsselin simvoluna çevrilən Manneken Pis, Brüsselin daha bir simvolu sayılan məşhur Atomium, müqəddəs Sablon kilsəsi kimi abidələri görə biləcəksiniz. Amsterdam ətrafı otellərdə yerləşmə. Oteldə gecələmə.

9-cu gün.

Amsterdam (Cümə) Oteldə səhər yeməyi.Amsterdama səyahət.Şəhərdə üzrə ekskursiya. Almaz fabrikini ziyarət. Əlavə olaraq Amsterdam kanallarına qayıqla fakültativ ekskursiya. Oteldə yerləşmə. Oteldə gecələmə..

10-cu gün

(Volendam-Zaanse-Sxans) (Şənbə) Oteldə səhər yeməyi. Volendam və Zaanse Sxans şəhərlərinə fakültativ ekskursiya. Zaan sahillərini beş dəyirman əhatə edir. Onlar Zaanın məhsuldarlığının küləyin gücündən asılı vaxtlarını yada salır. Zaanse Sxans-açıq səma altında etnoqrafik muzeydir. Burada əhali əsrlərin adətlərinə əsaslanaraq yaşayır,milli geyimlər geyinir və ənənəvi yolla pendir hazirlayır. Mükəmməl qorunmuş binalar 17-18-ci illərin Holland həyatının bariz nümunəsidir. Bugün Volendam etnoqrafik turistik mərkəz, əsl Holladiyanın simvolu kimi məşhurdur. Hər il buraya 2 milyondan çox turist pəncərələri sərgi kimi bəzədilmiş kiçik milli evləri,qədim kilsələri,romantik küçələri, gözəl kanalları,körpüləri və məşhur limanları görməyə gəlir. Frankfurta köçmə. Oteldə yerləşmə. Asudə vaxt. Oteldə gecələmə.

11-ci gün.

Frankfurt-Münhen (Bazar) Oteldə səhər yeməyi. Bələdçi ilə şəhərin tarixi mərkəzinə səyahət. Münhenə köçmə. Şəhərin tarixi mərkəzinə bələdçi ilə səyahət. Asudə vaxt.Oteldə yerləşmə. Oteldə gecələmə.

12-ci gün

Noyşvanştayn qəsri-Verona (Bazar ertəsi) Oteldə səhər yeməyi. Fyussen şəhərinə köçmə. Şəhərdə asudə vaxt. Noyşvanştayn qəsrinə fakültativ səyahət. Möhtəşəm Noyşvanştayn qəsri haqqında qarlı Alp dağlarının yüksəkliklərində yerləşən gerçəkliyə çevrilən fantaziya, nağıllar qəsri kimi danışırlar. Qəsr sanki sümükdən hazırlanıb və reallıqdan çox xəyala bənzəyir. Bu indiyə kimi insan tərəfindən yaradılmış ən qeyri-adi tikilidir. Qəsr təkcə tarixi ilə deyil, həm də Wolt Disneyin Yatmış gözəl cizgi filmindəki qəsrin prototipi olması ilə məşhurdur. Veronaya köçmə. Oteldə yerləşmə.Asudə vaxt.Oteldə gecələmə.

13-cü gün.

Verona-Venesiya (Çərşənbə axşamı) Oteldə səhər yeməyi. Veronanın mərkəzində asudə vaxt. Fakültativ olaraq Venesiyaya ekskursiya təşkil edilir. Milana köçmə.Milanda oteldə yerləşmə. Asudə vaxt. Oteldə gecələmə.

14-cü gün.

Milan (Çərşənbə) Oteldə səhər yeməyi. Asudə vaxt. Oteldə gecələmə.

15-ci gün.

Milan (Cümə axşamı)


15.02.2020

  • Avropa

#tur,#milan,#paris,#brüssel,#ekskursiya,#amsterdam,#frankfurt,#verona